Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Oktyabr 2019 15:52
Bakı. Trend:
ABŞ-ın Kanzas-Siti (Kanzas ştatı) şəhərində naməlum şəxs tərəfindən atəş açılıb.
Trend-in məlumatına görə, bu barədə "NBC" teleşirkəti bildirib.
Məlumata əsasən, hadisə nəticəsində ən azı dörd nəfər həlak olub, daha beş nəfər yaralanıb.
Hadisə gecə saatlarında şəhər barlarından birində baş verib. Şübhəli bilinən şəxs bara daxil olaraq qonaqlara atəş açıb. Bildirilir ki, həmin şəxs hələ də azadlıqdadır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin