Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Tabutdan başqa heç yerdə ayaqlarını oxxaynan uzatmayıb...”

“Tabutdan başqa heç yerdə ayaqlarını oxxaynan uzatmayıb...”

Tarix: 19 Noyabr 2022 23:30

Azərbaycanın tanınmış şairi, "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs "Atama ithaf" adlı şier yazıb.

Şairin qələmə aldığı həmin şeiri təqdim edir:

Atam
bu dünyada
o dünyanın
cəhənnəm əzabını çəkib,
Qırx bir - qırx beşdə
faşistlərlə döyüşüb Kerçdə -
atəş kəsiləndə,
ya da siqaret fasiləsində
Gülablıda odun doğrayıb,
axura ot töküb...
Üzünü xatırlamıram deyə,
hərdən elə bilirəm,
məni öləndən sonra əkib...
Bir tikə çörəyin dərdindən
gecə yatmayıb,
gündüz yatmayıb,
tabutdan başqa heç yerdə
ayaqlarını oxxaynan uzatmayıb...
Şəkli də qalmayıb
darıxanda  köksümə sıxım,
bütün ömrü dincəlsəm də doymuram -
atamın yorğunluğu
mənim canımdan çıxır...


Etiketlər:  Tabutdan başqa heç yerdə ayaqlarını oxxaynan uzatmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ