Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''ın rəqibindən darmadağın

''Qarabağ''ın rəqibindən darmadağın

Tarix: 6 Oktyabr 2019 20:00

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Düdelanj" Lüksemburq çempionatında növbəti oyuna çıxıb.

Qol.az-ın məlumatına görə, komanda 8-ci turda "Rodanj"ı qəbul edib və 4:0 hesabı ilə qalib gəlib.

Bu qələbə ilə xalını 10-a yüksəldən "Düdelanj" turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, Lüksemburq təmsilçisi  “Qarabağ”la ilk oyununu oktyabrın 3-ü evdə keçirib və 1:4 hesabı ilə uduzub. Bu komandalar arasındakı cavab görüşü isə dekabrın 12-də Bakıda olacaq.

 


Etiketlər:  Qarabağın rəqibindən darmadağın


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR