Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cəlilabadda itkin düşən qadının meyiti tapılıb

Cəlilabadda itkin düşən qadının meyiti tapılıb

Tarix: 20 Noyabr 2022 14:42

Cəlilabadda açıq sahədən qadın meyiti tapılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, meyit rayonun Sabirabad kəndində açıq sahədə aşkarlanıb.

Meyitin bir müddət öncə itkin düşən 46 yaşlı Əliyeva Xalidə Xeyrulla qızına məxsus olduğu və onun qətlə yetirildiyi ehtimal olunur.

Hazırda rayonun hüquq mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər. Əraziyə baxış keçirilir, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülür.

Milli.Az


Etiketlər:  Cəlilabadda itkin düşən qadının meyiti tapılıb


RƏYLƏR