Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Noyabr 2022 07:46
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi bildirib ki, Rusiya prezidenti Vladimir Putin Zaporojye AES-də (ZNPP) baş verənlərin bütün təfərrüatlarını yaxşı bilir.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, u barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi CBS telekanalına müsahibəsində bildirib.
Qrossi Putinin Zaporojye AES-dəki vəziyyətlə tanış olub-olmadığı sula belə cavab verib:
"Şübhəsiz. O, hər bir təfərrüatı (baş verənləri) bilir, bu məni heyrətləndirdi".
Onun sözlərinə görə, Putinlə söhbətində o, başa düşdü ki, Rusiya Federasiyasının prezidenti təkcə stansiyanın özünün strukturu haqqında deyil, həm də çox vacib olan elektrik enerjisi, xarici enerji mənbələri haqqında çox ətraflı məlumatlıdır.
O, həmçinin qeyd edib ki, nüvə fəlakəti ehtimalının qarşısını almaq üçün AES ətrafında təhlükəsizlik zonaları yaratmaq lazımdır.