Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəhşətli QƏTL: Tələbə qızlar kirayə qaldığı evdə bıçaqla öldürüldü

Dəhşətli QƏTL: Tələbə qızlar kirayə qaldığı evdə bıçaqla öldürüldü

Tarix: 21 Noyabr 2022 12:08

ABŞ-ın Aydaho ştatının Moskou şəhərində 4 tələbənin müəmmalı şəkildə öldürülməsi polisi çaşdırıb.

Sonxeber.net bildirir ki, bu barədə "New York Times" xəbər verib.

Hücum noyabrın 13-də səhər tezdən baş verib. Yerli universitetin 5 tələbəsinin kirayədə qaldığı evə naməlum şəxs daxil olaraq yatmış 3 qızı bıçaqlayıb. Dördüncü qurban ölənlərdən birinin sevgilisi olub. Qətl yalnız günorta saatlarında, sağ qalan tələbə qızlar yuxudan oyananda məlum olub.

Müstəntiqlərin sözlərinə görə, zərərçəkənlərdən bəziləri müqavimət göstərməyə çalışıblar. Ekspertizada cinsi zorakılıq əlamətləri aşkar edilməyib. Polis əməkdaşları cinayətkarın istifadə etdiyi bıçağı hələ də tapa bilməyiblər.

İstintaqın tapa bildiyi ipuculardan biri də Moskou küçələrindən birində səyyar mağazanın kamerası tərəfindən lentə alınan videodur. Videoya, bir neçə saatdan sonra qətlin qurbanına çevriləcək iki qız düşüb. İndi polis kadra düşən naməlum kişini və onları evə gətirən maşının sürücüsünü axtarır. Ölənlərin sağ qalan qonşuları da şübhə altındadır.

Cinayətlə öldürülən tələbələrdən birinin ölümündən az əvvəl etdiyi telefon zəngləri arasında əlaqə də nəzərdən keçirilir. O, bu yaxınlarda ayrıldığı keçmiş sevgilisinə 7 dəfə zəng vurmağa çalışsa da, o, yatıb və telefonu qaldırmayıb. Mərhumun bacısı zənglərin hər hansı bir məna daşıdığından əmin deyil: öldürülən qız tez-tez gecələr tanışlarına zəng edib və çox vaxt ciddi səbəb olmadan onlardan cavab almağa çalışıb.

FTB-nin 50-yə yaxın əməkdaşının bu məsələ ilə bağlı araşdırma aparmasına baxmayaraq, indiyədək həbs olunan olmayıb. Hüquq-mühafizə orqanları ümidlərini mobil operatorların və sosial şəbəkələrin məlumatlarına bağlayırlar ki, bu da həmin gecə cinayət yerinin yaxınlığında olan insanları müəyyən etməyə imkan verəcək. Bundan əlavə, polis qatilin istifadə etdiyi bıçağı satmış ola biləcək şirkətlərdə sorğu aparır.

Moskou meri Art Bettge qətlə qısqanclığın səbəb ola biləcəyini desə də, sonradan etiraf edib ki, bu barədə danışmaq hələ tezdir. Sosial şəbəkələrdə şəhər sakinləri tələbələrə hücumu yaxınlıqda baş verən itin vəhşicəsinə öldürülməsi ilə əlaqələndiriblər. "Daily Mail" yazıb ki, naməlum şəxs itin dərisini soyub.

Moskouda 25 minə yaxın insan yaşayır. Bu, son 7 ildə şəhərdə baş verən ilk cinayətdir.

İrfan Vəliyev


Etiketlər:  Dəhşətli QƏTL Tələbə qızlar kirayə qaldığı evdə bıçaqla öldürüldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ