Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş prezident məhkəmə qarşısına çıxarılıb

Keçmiş prezident məhkəmə qarşısına çıxarılıb

Tarix: 22 Noyabr 2022 09:48

Komor adalarının keçmiş prezidenti Əhməd Abdallah Məhəmməd Sambi dövlətə xəyanətdə ittiham olunaraq bazar ertəsi məhkəmə qarşısına çıxarılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, iclasın əvvəlində eks-dövlət başçısı məhkəməyə etiraz etdiyini açıqlayıb. Məhkəmə növbəti prosesləri bir gün təxirə salmaq qərarına gəlib.

2006-cı ilin yazından 2011-ci ilin may ayına qədər prezident vəzifəsini icra edən Əhməd Abdallah Məhəmməd Sambi Körfəz ölkələrindən gələnlərə Komor adaları pasportlarını satmaqla 200 milyon dollarlıq dələduzluqda ittiham olunur. O, 2018-ci ildə saxlanılıb və o vaxtdan bəri istintaq təcridxanasındadır.

Milli.Az


Etiketlər:  Keçmiş prezident məhkəmə qarşısına çıxarılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ