Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb

Tarix: 22 Noyabr 2022 22:14

Sabirabadda 61 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Sonxeber.net Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Suqovuşan kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1961-ci il təvəllüdlü İsmayılov Səfər Əli oğlu hamamda çimərkən dəm qazından zəhərlənib. O, Sabirabad Rayon Xəstəxanasına çatdırılsa da, artıq gec olub. S.İsmayılov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  yaşlı kişi dəm qazından zəhərlənərək ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ