Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə birjası dünyanın ən gəlirli bazarı oldu

Türkiyə birjası dünyanın ən gəlirli bazarı oldu

Tarix: 22 Noyabr 2022 23:26

Türkiyə birjası 2022-ci ildə dünyanın ən gəlirli bazarı olub.

Bu barədə "Blumberq" məlumat yayıb.

Vurğulanıb ki, "Borsa İstanbul 100" indeksi bu il lirə ilə 150%, dollar ifadəsində isə 80% artıb. Bu, 1999-cu ildən bəri ən yaxşı nəticədir:

"Türkiyə səhmləri bu il qlobal miqyasda ən yaxşı performans göstərir".

Qeyd edilir ki, bu vəziyyət Türkiyə hakimiyyətinin bir çox digər ölkələrdən fərqli olaraq qiymətli kağızların yenidən maliyyələşdirmə dərəcəsini aşağı salan pul siyasəti, eləcə də yüksək inflyasiya dərəcələri ilə bağlıdır.

"Strateji Portfoy" şirkətinin əməkdaşı Burak Çetinçeker bildirib ki, real faiz məsələsində ciddi dəyişiklik olmadığı müddətcə investorların Türkiyə səhmlərinə marağı qalacaq.

Türkiyə səhmlərinin yüksək gəlirliyi 2023-cü ilin ortalarına qədər davam edə bilər.

"Sardis Research Consultancy" şirkətinin qurucusu Evren Kırıkoğlu deyib ki, səhmlər inflyasiya azalsa belə, ən azı gələn ilin birinci yarısına qədər cəlbedici qalacaq.

Milli.Az


Etiketlər:  Türkiyə birjası dünyanın ən gəlirli bazarı oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ