Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Mothercare” Rusiyadakı biznesini satdı

“Mothercare” Rusiyadakı biznesini satdı

Tarix: 24 Noyabr 2022 09:26

Geyim distribyutoru və satıcısı "Camilko" şirkəti Rusiyada "Mothercare", "Victoria's Secret" və digər brendlərin françayzinq hüquqlarına sahib "Monex Trading"in 99,99%-ni alıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şirkətin digər 0,01% isə "Camilko" ilə əlaqəli Kiprdən olan hüquqi şəxs "Losford Trading Ltd"-yə satılıb.

Qeyd edək ki, "Monex Trading" Yaxın Şərqin pərakəndə satış şirkəti "Alshaya Group"a məxsusdur. İyun ayında o, Rusiyada bütün pərakəndə və onlayn mağazaların bağlandığını elan edib.

"Camilko"ya gəlincə o, Rusiyada lüks pərakəndə satış bazarının ən köhnə iştirakçılarından biridir. Şirkətin portfelinə "St-James", "Salvatore Ferragamo", "New Balance", DKNY, "Juicy Couture", "Timberland" və digər brendlər daxildir. Şirkətin Moskva, Sankt-Peterburq, Yekaterinburq, Soçi və Rostov-na-Donuda 150-dən çox mağazası var.

Milli.Az


Etiketlər:  Mothercare Rusiyadakı biznesini satdı


RƏYLƏR