Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 21:26
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə sülh danışıqlarından imtina edəcəyi təqdirdə Ukraynanın bir dövlət kimi tamamilə məhv olacağını proqnozlaşdırıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, o, bu barədə jurnalistlərə açıqlamasında danışıb.
"Hər şey Ukraynanın əlindədir. Bunu Zelenskini və ya Ukraynanı günahlandırmaq üçün demirəm. İnsanların ölməsini istəmirlərsə, dayansınlar, bunu dayandırsınlar. Əks halda, Ukrayna tam məhv olacaq", - Lukaşenko bildirib.
O, İkinci Dünya Müharibəsi zamanı 30 milyon insanın həlak olduğunu da xatırladıb:
"Bu gün kim xatırlayır? Belarus və Rusiya, vəssalam. Başqa sözlə, yaralar sağalıb".
Onun fikrincə, vəziyyəti hələ də düzəltmək mümkündür.