Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Noyabr 2022 22:12
Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq səs-küylü açıqlaması ilə gündəmə gəlib.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, Koreyanın ikinci adamı sayılan Conq ABŞ-a xəbərdarlıq etdikdən sonra digər ölkələrin qəzəbinə tuş gəlib.
Kim Yo Conq isə çıxış yolunu onları təhqir etməkdə görüb:
"Britaniya, Fransa, Avstraliya, Yaponiya və Cənubi Koreya kimi cır-cındırların iyrənc bəyanat yayması düzgün deyil".
Qeyd edək ki, ABŞ və bir çox qərb ölkələri Şimali Koreyanı ballistik raket hücumlarına görə tənqid etmişdi.