Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstan Azərbaycandan tranzit daşımaları üçün kvotaların artırılmasını xahiş edib

Qırğızıstan Azərbaycandan tranzit daşımaları üçün kvotaların artırılmasını xahiş edib

Tarix: 7 Oktyabr 2019 14:42

Bakı. Trend:

Qırğızıstanın nəqliyyat və yollar naziri Jenişbek Noqoybayev Azərbaycan hökumətindən tranzit daşımaları üçün kvotaların artırılmasını xahiş edib.

Trend-in məlumatına görə, nazir bu müraciətlə Qırğızıstan-Azərbaycan iqtisadi və humanitar əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının iclasında çıxış edib.

Nazir bildirib ki, hazırda Qırğızıstanın tranzit daşımaları üçün 50 kvotası var:

“Onların hər biri işə salınıb. Biz sizin ölkəyə müraciət etmişik ki, kvotaları artırsınlar. Oktyabr ayında biz Azərbaycandan nəqliyyat üzrə nümayəndə heyətini gözləyirik. Ümid edirik ki, daşımalar üçün əlavə kvota müraciətimiz təmin olunacaq”.

İclasda çıxış edən Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov bu problemlə bağlı məlumatlı olduğunu bildirib:

“Biz bu məsələyə tam ciddiyyətlə yanaşırıq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Qırğızıstan Azərbaycandan tranzit daşımaları üçün kvotaların artırılmasını xahiş edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ