Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi

Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi

Tarix: 26 Noyabr 2022 18:14

Noyabrın 26-da saat 17 radələrində paytaxtın Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında Yevlax rayon sakini 2006-cı il təvəllüdlü Turan Rüstəmovun ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, aparılan araşdırmalarla 2002-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək T. Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə R. Səfixanov şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi


RƏYLƏR