Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Noyabr 2022 14:36
Bakının Xətai rayonunda yerləşən binalardan birinin sakinləri ilə MTK arasında münaqişə yaşanır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, söhbət Xətai rayonu, Məhəmməd Hadi küçəsində yerləşən binadan gedir.
Sakinlər iddia edirlər ki, "TVINS ART" MMC Mənzil Məcələsinin tələblərini pozur. Çünki sakinlər öz aralarında birlik yaradaraq idaretməni özləri həyata keçirmək istəyirlər, amma binanın komendantı buna mane olur.
Bina sakinləri iddia edirlər ki, onlardan yığılan pullar aidiyyətı üzrə xərclənmir.
Tikinti şirkətinin sahibləri telefon zənglərimizi açmadı.
Komendant Zakir Məmmədovla görüşmək cəhdimiz də baş tutmadı. Suallarımıza binaya məsul şəxslərlərdən biri, Cəfər Məmmədov aydınlıq gətirdi.
Cəfər Məmmədov sakinlərin binanın istilik sisteminə müdaxilə edilməsi iddialarına da münasibət bildirdi.
O da bildirildi ki, sakinlərin istədiyi stadion yeri digər sahibkarın qeyri-yaşayış sahəsinin dam örtüyünə düşür. Buna görə də sakinlərə məhəllənin mərkəzindəki boş ərazi təklif olunub.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: