Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Vətənşüvənlik” edənlər niyə öz dilində danışmır?”

“Vətənşüvənlik” edənlər niyə öz dilində danışmır?”

Tarix: 28 Noyabr 2022 17:10

"Hər kəs vətənpərvər olmağa məcbur deyil, amma özünü bu cür adlandıran, sosial şəbəkələrdə yerli- yersiz "vətənşüvənlik" edən bir qrup qismən tanınan insan niyə öz dilində nə danışa, nə də yaza bilmir düz əməlli?".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri keçmiş aparıcı Günel Hümbətova yazıb. Bir neçə ildir ailə qurub Amerikada yaşayan Günel həmvətənlərini tənqid edib:

"30 ildir müstəqilik, rəsmi dil azərbaycan dilidir və bu insanlar bütün diskussiyaları zorla rus dilində edirlər, bir-biriləri ilə sosial şəbəkələrdə gördüyüm qədərilə... (Özü də bu diskussiyalar vətən haqda olur adətən).

Heç vaxt bu mövzu haqda yazmamışam və fikir bildirməmişəm. Hər kəs öz istədiyi dildə danışmaqda və uşağını istədiyi "sektor"a qoymaqda azaddır. Amma bu "aydın"lar müəllim tutub oturub öyrənə bilmir dilimizi? Vətənpərvərlik anlayışı ilə tərs mütənasib düşür axı öz dilini bilməmək... 30 ildə buna cəhd göstərməmək özü də... Bakıda yaşaya-yaşaya bunu etmək çətin olmamalıdır...".

Milli.Az


Etiketlər:  Vətənşüvənlik edənlər niyə dilində danışmır


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ