Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2022 20:32
Hindistanın Uttar Pradeş ştatının Varanasi şəhəri yaxınlığındakı kəndlərdən birində oğru cinayət törətmək istəyərkən qapıda ilişib və ölüb.
Sonxeber.net bildirir ki, bu barədə "Siasat" xəbər verib.
30 yaşlı Djaved sifarişlərin olmaması səbəbindən iki gündür bağlanan toxuculuq fabrikinə girməyə çalışıb. Djaved qapının üstündə qıfıl olduğunu bilməyib və qapının ağzında ilişib qalıb. Oğrunun başı qapının arasında, meyiti isə çöldə qalıb. Hadisə nəticəsində kişi dünyasını dəyişib. Bir müddət sonra polis cəsədi taparaq yarılma üçün meyitxanaya aparıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları oğurluq faktını araşdırır.
İrfan Vəliyev