Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Buxarestdə Ukrayna ilə bağlı kritik qərar verilə bilər - Stoltenberq AÇIQLADI

Buxarestdə Ukrayna ilə bağlı kritik qərar verilə bilər - Stoltenberq AÇIQLADI

Tarix: 29 Noyabr 2022 21:16

Buxarestdə keçiriləcək sammit zamanı NATO-ya üzv ölkələr Rusiyanın davamlı hücumları fonunda Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünün artırılması ilə bağlı qərar qəbul etməlidir.

Bu barədə Publika.az NATO-nun baş katibi Yens Stoltenberqin bəyanatına istinadla xəbər verir .

"Mən gözləyirəm ki, xarici işlər nazirlərinin Buxarestdə keçirilən görüşündən gələn mesajlardan biri həm hava hücumundan müdafiə sistemlərinin, həm də təbii ki, müxtəlif hava hücumundan müdafiə sistemləri üçün ehtiyat hissələrinin, təlimlərin və döyüş sursatlarının təchizatının daha da artırılması zərurəti olacaq", - baş katib bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin qışdan Ukraynaya qarşı silah kimi istifadə etməyə çalışır və NATO ukraynalılara belə dəhşətli müharibə üsulundan müdafiə olunmaqda kömək etməlidir.

Qeyd edək ki, noyabrın 29-30-da Buxarestdə NATO ölkələrinin xarici işlər nazirlərinin sammiti keçiriləcək.

Xatırladaq ki , bir müddət əvvəl Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bəyan etmişdi ki, Buxarestdə keçiriləcək görüş zamanı NATO-ya üzv dövlətlər Ukrayna Silahlı Qüvvələrinə yeni hərbi yardımın göstərilməsi, eləcə də enerji sahəsində dəstək məsələsinə baxılacaq.

Milli.Az


Etiketlər:  Buxarestdə Ukrayna ilə bağlı kritik qərar verilə bilər Stoltenberq AÇIQLADI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ