Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2022 15:30
26 yaşlı Səhənd Nurməhəmmədzadə İnqilab Məhkəməsinin hökmü ilə ölüm cəzasına məhkum edilib.
Sonxeber.net xəbər verir ki, 26 yaşlı gənc etiraz aksiyaları zamanı zibil qutularını yandıraraq yolu bağlamaqda, ictimai nəqliyyatın fəaliyyətinə mane olmaqda günahlandırılır.
Yaxınları Səhənd Nurməhəmmədzadənin barəsində edam qərarının verilməsinin ədalətsiz olduğunu və bunun başqa etirazçıları qorxudaraq aksiyalardan çəkindirmək məqsədi daşıdığını bildirirlər.
Azərbaycanlı gənc ona qarşı irəli sürülən ittihamları qəbul etməyib.