Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2022 20:50
Çinin Anhoy əyalətinin sakini qardaşına maşın və mənzil almaq və onun evlənmək şansını artırmaq üçün öz həyatına etinasızlıq göstərib.
Sonxeber.net bildirir ki, bu barədə SCMP məlumat yayıb.
33 yaşlı qadın 12 saat işlədiyini, təvazökar həyat tərzi sürdüyünü və uzun illərdir ki, kiçik qardaşına maşın və mənzil almağa kömək etmək üçün pul yığdığını deyib. Bu yolla bacı kişinin həyat yoldaşı tapmaq şansını artırmağa ümid edib.
Çinli qadın 19 yaşında Çin kətəsini necə hazırlamağı öyrənib. O, biznes təşkil edib və hazırda sahibi olduğu restoranın aylıq dövriyyəsi 100 min yuan (13 500 dollar) təşkil edir.
O, qardaşına 129 kvadratmetrlik ev və maşın alıb. Bundan əlavə, çinli qadın öz restoranını qardaşına verməyə hazırlaşır. Ancaq qadının özü evli deyil. O, özü üçün ev almağı düşünmədiyini, lakin gələcəkdə bunu edə biləcəyini söyləyib. Onun sözlərinə görə, valideynləri qocalanda kiçik qardaşı ilə yaşayacaqlar.
Qadından öz evliliyi haqda fikirləşib-düşünmədiyini soruşduqda, o, cavab verib ki, indi vaxt deyil, çünki o, qardaşının gələcəyini ön planda tutub. "Qardaşım evlənəndən sonra özümü düşünəcəm. Mənim toyum gözləyə bilər", - o deyib. Qadın qeyd edib ki, son 4 ildə o, özünə yeni paltar belə almayıb.
Çinli qadının hərəkəti bir çox sosial şəbəkə istifadəçisini təəccübləndirib. Bəziləri onu pis nümunə göstərməkdə ittiham ediblər. Onlardan biri yazıb: "O, qardaşına nə qədər çox verirsə, o, bunu bir o qədər təbii qəbul edəcək". "Qardaş tək başına işləyə bilməz, yoxsa nə? Bu bacı yazıqdır!" başqa biri qəzəblənib.
O, sosial şəbəkə istifadəçilərinin tənqidlərinə cavab olaraq qardaşına kömək etməkdən xoşbəxt olduğunu vurğulayıb. "Hər kəsin fərqli həyatı var. Ola bilsin ki, onlar bizim uşaq vaxtı üzləşdiyimiz çətinliklərlə üzləşməyiblər. Səhv başa düşülməsi normaldır", - o əlavə edib.
Çin cəmiyyətində gender balanssızlığı davam edir: kişilərin sayı qadınların sayını xeyli üstələyib. Bu səbəbdən ailələr oğullarını əks cins üçün mümkün qədər cəlbedici etməyə çalışırlar.
İrfan Vəliyev