Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran və Rusiya sülhün iki düşmənidir

İran və Rusiya sülhün  iki düşmənidir

Tarix: 1 Dekabr 2022 09:24

Britaniyalı ekspert Tara Kuzio "Geopolitical Monitor" üçün son məqaləsində Azərbaycan və İran arasında artan gərginlik və onun geosiyasi nəticələrindən yazıb.

O bildirib ki, İran Azərbaycanı həmişə "itirilmiş ərazi" və "evinə qayıdacaq" ərazi kimi görüb. Bu qərəzliyə görə İran uzun müddət Rusiya və Ermənistanın müttəfiqi olub.

Kuzio bildirir ki, İran Qərbə qarşı qarşılıqlı antipatiya və iqtisadi fürsətcilliyə görə son otuz il ərzində Rusiya ilə Cənubi Qafqazda oxşar siyasət yürüdür. Onun sözlərinə görə, İran Rusiyanın Cənubi Qafqazda təsiri və dondurulmuş münaqişələr yaratmasına adətən müsbət yanaşıb.

Sonxeber.net bildirir ki, İran Ermənistanla yaxın münasibətdən üç şəkildə faydalanıb: Ermənistan beynəlxalq sanksiyalardan yayınmaqda İrana yardım edib, Kremli dronlarla təchiz etməkdə özü ilə Rusiya arasında vasitəçi olub və nəhayət, BMT və digər beynəlxalq təşkilatlarda İranı diplomatik yolla dəstəkləyib.

Lakin 2020-ci il Qarabağ müharibəsində Ermənistanın məğlubiyyətindən və Türkiyə ilə Azərbaycan arasında daha sıx strateji müttəfiqlikdən sonra İran kənarda qalıb. Türkiyənin Cənubi Qafqazda təsiri artmaqdadır və Azərbaycanla Türkiyə arasında Zəngəzur üzərindəki quru dəhliz nəticəsində İran Ermənistanla həmsərhəd olmayacaq və geosiyasi təsirini itirəcək. Bu, həm də İranın bölgədə şərq və qərb arasında ticarət və nəqliyyat yolu kimi lazım olmamasına gətirib çıxaracaq.

İran Azərbaycanın İsraillə münasibətlərinin dərinləşməsinə daha da qəzəblənir və hətta əsassız olaraq Azərbaycanı İrana qarşı hücumlar həyata keçirmək üçün İsraili ölkədə bazalarla təmin etməklə günahlandırır.

Kuzionun sözlərinə görə, həm İran, həm də Rusiya Cənubi Qafqazda sülhə mane olurlar, çünki hər ikisi Azərbaycan və Ermənistan arasında Avropa İttifaqının vasitəçiliyi ilə sülh əldə etmək istəmir,  regionda dondurulmuş münaqişənin olmasında daha maraqlıdırlar.


Etiketlər:  İran Rusiya sülhün düşmənidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ