Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2022 09:39
İranda polis, hərbçilər və xüsusi təyinatlı qüvvələrin dinc vətəndaşlara qarşı vəhşiliyi davam edir.
Sonxeber.net bildirir ki, İsfahanda evinin eyvanında oynayan 6 yaşlı Bita Kiyani "İslam İnqilabı Keşikçiləri Korpusu"nun (SEPAH) mənsublarını açdığı atəş nəticəsində bir gözünü itirib.
Balacanın vəziyyəti orta ağırdır.
İranın təhlükəsizlik qüvvələri sentyabrın ortalarında başlayan və bu günə qədər davam edən etiraz aksiyaları zamanı azı 448 nəfəri öldürüb, onların yarıdan çoxu etnik azlıqların yaşadığı bölgələrdədir.
Öldürüldüyü təsdiqlənən 448 nəfərdən 60-ı 18 yaşdan kiçik yeniyetmə və uşaqlar, habelə 9 qız və 29 qadındır.
Təkcə son bir həftədə təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən 16 nəfər öldürülüb, onlardan 12-si etirazların xüsusilə intensiv olduğu ərazilərdə qətlə yetiriliblər.