Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Belçika millisi 24 il sonra ilk dəfə...

Belçika millisi 24 il sonra ilk dəfə...

Tarix: 1 Dekabr 2022 21:58

Belçika millisi 24 il sonra ilk dəfə dünya çempionatlarında qrup mərhələsini keçə bilməyib.

Yığma DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda bu gün Xorvatiya ilə heç-heçə edib. Mərakeş isə digər oyunda Kanadaya qalib gəlib. Nəticədə F qrupundan Mərakeş lider, Xorvatiya isə 2-ci yerin sahibi kimi 1/8 finala adlayıb. Belçika 3-cü yeri tutub və qrupda qalıb.

Belçika yığması sonuncu dəfə 1998-ci ildə Fransada keçirilən dünya çempionatında qrupdan çıxmamışdı. Komandanın tarixdəki ən yaxşı nəticəsi 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının bürünc medal qazanmaqdır.

Milli.Az


Etiketlər:  Belçika millisi 24 il sonra ilk dəfə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ