Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hamilə qadınla bağlı təcili yardıma 45 dəfə zəng edilib? - Rəsmi - FOTO

Hamilə qadınla bağlı təcili yardıma 45 dəfə zəng edilib? - Rəsmi - FOTO

Tarix: 2 Dekabr 2022 12:46

Xəbər verdiyimiz kimi, noyabrın 30-da Binəqədi rayonu, II Mədən massivində 5 aylıq hamilə, 2002-ci il təvəllüdlü Nəzrin Nəsir qızı Həsənova yaşadığı fərdi evdə qanaxma səbəbindən vəfat edib.

Sonxeber.net xəbər verir ki, ailəsi mətbuata açıqlamada təcili yardımı gec gəlməkdə ittiham edir. Yaxınları iddia edirlər ki, təcili yardıma 45 dəfə zəng edilsə də, 2 saatdan sonra çatıb. 

"Qafqazinfo" təcili yardımın niyə gecikməsi ilə bağlı TƏBİB-ə sorğu ünvanlayıb. Qurumdan müraciətə cavab olaraq bildirildi ki, briqada çağırışdan 16 dəqiqə sonra hadisə yerində olub: "Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 30.11.2022-ci il tarixdə saat 03:55-də çağırış daxil olub. Briqada saat 04:11-də ünvana çatdıqda həkimə qədər ölümlə rastlaşıb. Buna baxmayaraq, ailənin təkidi ilə meyit təcili yardım avtomobili ilə tibb müəssisəsinə aparılıb. Hüquq-mühafizə orqanlarına məlumat verilib və meyit aidiyyəti üzrə təhvil verilib".


Etiketlər:  Hamilə qadınla bağlı təcili yardıma dəfə zəng edilib Rəsmi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ