Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 07:16
İsveçrə millisinin yarımmüdafiəçisi Cerdan Şakiri DÇ-2022-nin qrup mərhələsində Serbiya ilə matçda vurduğu qola görə tarixə düşüb.
Şakiri son 3 dünya çempionatının hər birində qol vurub. Ondan başqa, yalnız Lionel Messi və Kriştianu Ronaldu bu uğura imza atıb.
Ümumiyyətlə, 31 yaşlı Kosovo əsilli Cerdan Şakiri bu göstərici ilə tarixdə 3 müxtəlif dünya çempionatında (2014, 2018 və 2022) qol vuran İsveçrə millisinin ilk futbolçusuna çevrilib.