Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 08:20
Türkiyəli məşhur model Özge Ulusoy 2 ildən çoxdur ki, eşq yaşadığı Faruk Çolakoğlu ilə evliliyə hazırlaşır.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, model bir müddət əvvəl sevgilisindən evlilik təklifi alıb.
Təklif Özge Ulusoyun sosial şəbəkədəki paylaşımı ilə ortaya çıxıb.
Bildirilib ki, modelə 40 yaşını qeyd etmək üçün getdiyi Parisdə evlilik təklifi edilib.