Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Dekabr 2022 10:45
Xalq artisti Aftandil İsrafilovun səhhəti qəfildən yenidən ağırlaşıb və təcili xəstəxanaya yerləşdirilib.
Sonxeber.net bizim.media-ya istinadən xəbər verir ki, bu barədə aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov sosial şəbəkə hesabında paylaşım edib. Aparıcı bildirib ki, həkimlər "Şöhrət" ordenli sənətkarın sağlamlıq vəziyyətinin ağır olduğunu söyləyiblər.
N. Məmmədov 81 yaşlı qarmon ustadının hansı xəstəliklə mübarizə apardığını bildirməsə də müalicəsi üçün yüksək məbləğə ehtiyac olduğunu bu sözlərlə diqqətə çatdırıb: "Xərc çox, ümid az. Kömək etmək istəyənlər üçün qapı açıqdır. Təki sənətkar ayağa qalxsın ... Təki onu xilas edək!".
Qeyd edək ki, Aftandil İsrafilov bir neçə həftə əvvəl yerli tibb ocaqlarıın birində cərrahiyyə əməliyyatı keçirmişdi.