Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş prokuror maşını ilə 12 avtomobili əzdi - VİDEO

Keçmiş prokuror maşını ilə 12 avtomobili əzdi - VİDEO

Tarix: 3 Dekabr 2022 17:10

Rusiyada, Rostov-na-Donu şəhərində keçmiş prokuror dayanacaq yeri tapmaq istəyərkən 12 avtomobili vurub və videoya düşüb.

Milli.Az bildirir ki, video "Don Mash" Telegram kanalı tərəfindən yayımlanıb.

Kadrlarda kişinin "Kia Sorento" markalı avtomobili ilə həyətə daxil olması və sürərkən səkidə dayanmış avtomobillərə toxunması əks olunub. Baş verənlərə baxmayaraq, kişi dairəvi hərəkətini davam etdirib.

Hadisənin Taqanroqskaya küçəsində baş verdiyi məlum olub. Polis hadisə yerinə gəldikdən sonra eks-prokuror baxış keçirməkdən imtina edərək, sərnişin oturacağına keçib və inzibati məsuliyyətə cəlb edilib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Keçmiş prokuror maşını ilə 12 avtomobili əzdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ