Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2022 17:52
Dünya əhalisinin 90%-nin koronavirusa qarşı immuniteti yaranıb. Lakin buna rəğmən yeni təhlükəli mutasiyaların yaranma riski mövcuddur.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Ümumdünya Səhiyyət Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.
"Biz deyə bilərik pandemiyanın fövqəladə mərhələsinin başa çatmasına yaxınıq, lakin hər şey bitməyib" - deyə Qebreyesus bildirib.
Onun sözlərinə görə, xəstəliyin əlamətlərinin qalması yeni ştamların yaranmasına və ölüm hallarına gətirib çıxara bilər.