Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

DÇ-2022: Lionel Messi favoritlərini açıqlayıb

DÇ-2022: Lionel Messi favoritlərini açıqlayıb

Tarix: 5 Dekabr 2022 13:38

Argentina millisinin futbolçusu Lionel Messi Qətərdə keçirilən dünya çempionatında favoritlərini açıqlayıb.

Milli.Az "report"a istinadən bildirir ki, 35 yaşlı hücumçu Braziliya və Fransa yığmalarının titula ən yaxın komanda olduqlarını düşünür.

Argentina millisinin kapitanı, xüsusən də, "pentakampeonlar"ın güclü oyunçulardan formalaşdığını söyləyib: "Kameruna məğlubiyyət istisna olmaqla, Braziliya çox yaxşı futbol oynayır. Onlar ən çox sevilənlərdən biri olmaqda davam edirlər. Həmçinin, topu qəbul edərkən nə etdiklərini çox dəqiq bilən Fransa da güclüdür. Bu iki komandanın şanslarını yüksək hesab edirəm".

Qeyd edək Argentina yığması DÇ-2022-nin 1/4 final mərhələsində dekabrın 9-da Niderlandla qarşılaşacaq. Fransa həmin mərhələdə İngiltərəyə rəqib olubsa, Braziliya millisi bu gün 1/8 finalda Cənubi Koreyanı sınağa çəkəcək.

Milli.Az


Etiketlər:  2022 Lionel Messi favoritlərini açıqlayıb


RƏYLƏR