Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Dekabr 2022 18:04
Belarusda, Qrodno şəhərində bir qadın iki yaşlı qızını qətlə yetirdiyini açıq şəkildə etiraf edib.
Sonxeber.net bildirir ki, bu barədə "Qrodno Plus" telekanalının Telegram kanalı məlumat yayıb.
İlkin məlumata görə, hadisə şəhərdəki yataqxanaların birində baş verib. Ana qızını öldürüb. Qadının iki uşağı olduğu bildirilib.
Kanalın məlumatına görə, ana küçəyə çıxıb və yoldan keçənlərə iki yaşlı qızını qətlə yetirdiyini etiraf edib.
Daxili İşlər İdarəsinin və İstintaq Komitəsinin əməkdaşları hələlik hadisə ilə bağlı heç bir açıqlama verməyiblər. Hadisənin hansı şəraitdə baş verdiyi də məlum deyil.
İrfan Vəliyev