Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qardaş yumruğu": "düşmən" belə məhv edildi - VİDEO

Tarix: 6 Dekabr 2022 09:18

Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən "Qardaş yumruğu" birgə təlimində gecə və məhdudgörmə şəraitində müxtəlif tapşırıqlar icra edilib.

Bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən bildiirlib.

Qeyd olunub ki, təlimin bu mərhələsində şərti düşmənlə bilavasitə təmas vəziyyətində onun texnikasının və canlı qüvvəsinin məhv edilməsi tapşırıqları yerinə yetirilib.

"Qoşunların qarşılıqlı əlaqədə fəaliyyətləri zamanı döyüş uzlaşmasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılması məqsədilə keçirilən təlimdə hər iki qardaş ölkənin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdirirlər", - məlumatda vurğulanıb.

Milli.Az


Etiketlər:  Qardaş yumruğu düşmən belə məhv edildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ