Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nazpəri: "Nankorluq edə bilmərəm” - VİDEO

Nazpəri:

Tarix: 7 Dekabr 2022 18:35

"Mən böyük ağrı-acı çəkdim (oğlu Əli Quliyevin vəfat etməsi - red.). Amma böyük sevgi qazanmışam. Əlbəttə ki, bunun bir bədəli olmalıdır. Ona görə Allahıma şükürlər edirəm. Verəcəyinə də, alacağına da şükürlər olsun. Buna görə nankorluq edə bilmərəm". 

Milli.Az bizim media-ya istinadən xəbər verir ki,bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva qonaq olduğu "Günün sədası" verilişində deyib. 

İllər əvvələr ifa etdiyi "Nə olar Allahım, ayırma bizi!" mahnısından söz açan sənətçi bildirib ki, bu sözləri nə zamansa deyəcəyini ağlından keçirməyib: 

"Övlad acısını mən yaşadım. Bilmədim... "Nə olar Allahım, ayırma bizi!". Heç vaxt gözləməzdim ki, bu sözləri nə zamansa deyəcəyəm. Hər an göz yaşı axıtmışam. Çünki sevincim də olub, göz yaşı axıtmışam. Həyatımda o anlar olub. Sən demə acıların acısı var imiş. İndi artıq o dövrdən sonraki həyatımı yaşayıram".

Qeyd edək ki, N.Dostəliyevanın böyük oğlu Əli Quliyev ötən il 41 yaşında ürək çatışmazlığından vəfat edib. 

Milli.Az


Etiketlər:  Nazpəri Nankorluq edə bilmərəm VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ