Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xorvatiya Brazilyaya, Niderland Argentinaya qarşı - Bu gün 1/4 finaldır

Xorvatiya Brazilyaya, Niderland Argentinaya qarşı - Bu gün 1/4 finaldır

Tarix: 9 Dekabr 2022 09:00

Bu gün Qətərdə keçirilən dünya çempionatının 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, günün ilk matçında Xorvatiya və Braziliya milli komandaları üz-üzə gələcəklər. "Education City" stadionunda oynanılacaq matçı ingiltərəli FIFA referisi Maykl Oliver idarə edəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Günün sonuncu qarşılaşmasında isə Niderland seçməsi Argentina millisi ilə qarşılaşacaq. "Lusail" stadionunda keçiriləcək oyunun baş hakimi ispaniyalı Antonio Mateu olacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin digər görüşlərində İngiltərə millisi Fransa, Mərakeş seçməsi isə Portuqaliya ilə qarşılaşacaq. Görüşlər dekabrın 10-da oynanılacaq.

Milli.Az


Etiketlər:  Xorvatiya Brazilyaya Niderland Argentinaya qarşı Bu gün 14 finaldır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ