Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Saakaşvilinin son görüntüsü şok etdi – FOTO

Saakaşvilinin son görüntüsü şok etdi – FOTO

Tarix: 10 Dekabr 2022 08:21

Hazırda "Vivamed" klinikasında müalicəsi davam edən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin son görüntüləri yayılıb.

Fotolarda Saakaşvilinin həddən artıq arıqladığı görünür.

Qeyd edək ki, beynəlxalq həkimlər Saakaşvilinin qanında zəhərlənmə aşkarlayıblar. Hazırda onun yeriyə bilmədiyi, xəstəliyinin ölümünə səbəb ola biləcəyi iddiaları var.

Saakaşvilinin vəkili 1 dekabrda onun səhhəti ilə bağlı həbsdən azad edilməsi üçün şikayət verib. Ötən gün keçirilməli olan proses Saakaşvilinin məhkəmə zalına gələ bilməməsi səbəbindən 14 dekabra təxirə salınıb.


Etiketlər:  Saakaşvilinin görüntüsü şok etdi FOTO


RƏYLƏR