Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur'' - Kaka

''Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur'' - Kaka

Tarix: 10 Dekabr 2022 20:18

"Ronaldo braziliyalılar üçün sadəcə, küçədə gəzən gombuldur".

Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Braziliya millisinin sabiq yarımmüdafiəçisi Kaka yerli futbolçuların ölkədə lazımi qədər diqqət görməməsi barədə "beIN Sports"a açıqlamasında deyib.

O bildirib ki, əfsanəvi oyunçular layiq olduqları dəyəri görmürlər: "Bunu söyləmək qəribə olsa da, əksər braziliyalılar yığmanı dəstəkləmirlər. Məsələn, siz Ronaldunu küçədə görsəniz, qeyri-adi reaksiya verərsiniz. Bizdə isə ona fərqli münasibət bəsləyirlər. Əlbəttə, bir çox braziliyalı Ronaldonu sevir. Eləcə də mən. Lakin ona Braziliyada və ölkə xaricində fərqli hörmət bəsləyirlər".

Qeyd edək ki, Ronaldo Braziliya millisi ilə 1994 və 2002-ci il dünya çempionatlarının qalibi olub.


Etiketlər:  Ronaldo braziliyalılar üçün sadəcə küçədə gəzən gombuldur Kaka


RƏYLƏR