Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Leysan nəticəsində 100 ev və 500 avtomobilə zərər dəyib

Leysan nəticəsində 100 ev və 500 avtomobilə zərər dəyib

Tarix: 13 Dekabr 2022 18:26

Antalyada yağan leysan nəticəsində 100-ə yaxın ev və 500-ə yaxın avtomobil zərər görüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

"Təbii fəlakətin vurduğu ilkin ziyan müəyyən edilib: 100-ə yaxın ev, 497 avtomobil, 920 iş yeri müxtəlif dərəcədə zərər görüb", - nazir bildirib.

Onun sözlərinə görə, itkilərin hesablanması davam edir və bir neçə gün çəkəcək.

Qeyd edək ki, Antalyada son 50 ilin ən güclü leysan yağışı yağıb. Sinoptiklərin məlumatına görə, 1 kvadratmetrə 200 mm-dən çox yağıntı düşüb. Bölgədə leysan yağışının təkrarlanacağı istisna edilmir.

Milli.Az


Etiketlər:  Leysan nəticəsində 100 ev 500 avtomobilə zərər dəyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ