Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qayınatam dedi ki, əxlaqsızlıq edir, arvadına sahib çıx'' - Rayondan gəlib arvadını... - ŞOK DETALLAR

''Qayınatam dedi ki, əxlaqsızlıq edir, arvadına sahib çıx'' - Rayondan gəlib arvadını... - ŞOK DETALLAR

Tarix: 14 Dekabr 2022 09:38

CİNAYƏT İŞİ

Qısa arayış...

2020-ci il iyunun 8-də Sumqayıt şəhəri 4-cü mikrorayon, Ağa Quliyev küçəsi, 29/4 nömrəli yaşayış binasının yanında bıçaqlanma hadisəsi baş verir. Belə ki, şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gəlib təslim olan 1988-ci il təvəllüdlü Teymur Şıxkərimov həyat yoldaşı 1986-cı il təvəllüdlü Aygün Şıxkərimovanı bıçaqlaması barədə məlumat verib.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilir. Ərazidən qatlanmayan bıçaq götürülür.

Sonxeber.net lent.az-a istinadən bıçaqlanma hadisəsinin istintaq materiallarını təqdim edir.

İstintaqla müəyyən edilib ki, Teymur Şıxkərimov mobil telefonla ondan gizlin başqa şəxslərlə danışmasından və görüşməyindən şübhələndiyinə görə arvadı ilə mütəmadi mübahisə edib. Bu səbəbdən onu qısqanclıq zəminində öldürmək qərarına gəlib. Bıçaq götürərək, iyunun 8-i saat 13 radələrində qadının kirayədə yaşadığı 4-cü mikrorayon, Ağa Quliyev küçəsi, 29/4 saylı binanın qarşısına gəlib və Aygün Şixkərimovanın bədənin müxtəlif nahiyələrinə ümumilikdə 12 dəfə zərbə endirib. İstintaqa məlum olmayan şəxslərin müdaxiləsi və qadının vaxtında xəstəxanaya çatdırılması səbəbindən onun həyatı xilas edilib.

İş üzrə dindirilmiş Teymur Şıxkərimov bildirib ki, hərbi xidmətdən qayıdandan sonra Bakı və Sumqayıt şəhərlərində müxtəlif yerlərdə kirayədə qalaraq, tikinti şirkətlərində fəhlə işləyib. Aygün Şıxkərimovanı 2011-ci ildə Sumqayıt şəhərinin 13-cü mikrorayonunda, çörək sexində görüb:

"Tanış olandan 1 ay sonra rəsmi nikaha daxil olduq. Nikahdan 2 qız övladımız dünyaya gəldi. Corat qəsəbəsində qayınatama məxsus evdə yaşayırdıq. Təxminən 2 il əvvəl Aygünün mənə qarşı münasibətinin dəyişdiyini hiss etdim. Belə ki, əvvəllər arvadım telefonu masanın üzərinə qoyurdusa, son vaxtlar telefonu özündə saxlayırdı. Telefonuna zəng etdikdə dəfələrlə onun kiminləsə danışdığının şahidi olmuşam. Kiminlə danışdığını soruşduqda Aygün hər dəfə bacısı ilə söhbət etdiyini deyirdi. 2020-ci ilin fevral ayında Xaçmaz rayonunda olarkən, yoldaşım zəng edərək atasının onu evdən qovduğunu bildirdi. Bunu aydınlaşdırmaq üçün qayınatama zəng edəndə, o, "Aygün əxlaqsızlıq edir, gəl arvadına sahib çıx" dedi. Aygün 3-4 ay bacısının evində qaldı. Sonra 4-cü mikrorayonda kirayə mənzil tutaraq, ora köçdü. Xaçmaz rayonunda bir müddət işlədikdən sonra aprelin axırlarında Aygünün yaşadığı evə getdim. Kiçik qızım Mədinə mənə anasının evə Taleh adlı kişini gətirdiyini və onun meyvə-tərəvəz satışı ilə məşğul olduğunu dedi. İyunun 4-də Mədinəni Şabran rayonuna apardım. Bununla bağlı Aygün 3-cü Polis Bölməsinə müraciət edərək, övladımın mənim tərəfimdən qaçırıldığını bildirdi. Səhərisi gün Sumqayıta gələrək verdiyim izahatda, Mədinənin doğma qızım olduğunu və onu öz istəyi ilə rayona apardığımı göstərdim".

Ayın 7-də telefonla danışanda Aygün övladını evə gətirməyini, bir daha uşqaları ona göstərməyəcəyini və ondan boşanıb Talehlə nikaha daxil olacağını bildirib. Həmin gün növbəti dəfə zəngləşəndə arvadı telefonu Mədinəyə verməsini xahiş edib:

"Həmin vaxt Talehin böyük qızı Nuraya "qızım bacınla danış" söylədiyini eşitdim. Bunu eşidib qəzəbləndim və yoldaşıma "qızı olduğu evə yad kişi gətirdiyini və onu sabah öldürəcəyimi" dedim. İyun 8-də qızımla birlikdə Sumqayıta gəldik. Övladımı çayxanada qoyaraq arvadımın yaşadığı binanın qarşısına gəldim və onun aşağı düşməsini gözlədim. Bir müddət sonra qadının Talehin idarə etdiyi avtomobildən düşdüyünü gördüm. Dərhal üzərinə gedərək, bıçaqla Aygünün boynuna, boğazına və digər bədən üzvlərinə xəsarətlər yetirdim. Zərbələrin təsirindən bıçağın dəstəyi tiyəsindən ayrıldı. Arvadımın qışqırıq səsini eşidən Taleh maşından düşüb söyə-söyə arxamca qaçsa da, mənə çata bilmədi. 3-cü bölməyə gedərək, polis əməkdaşlarına yoldaşımı bıçaqladığımı bildirdim".

Teymur Şıxkərimov əlavə edib ki, bıçağı Şabran rayonunda alıb. Aygünə 12 dəfə zərbə vurub. Onu bu cinayəti törətməyə arvadının əxlaqsız hərəktləri vadar edib.

Zərərçəkmiş şəxs Aygün Şixkərimova ifadəsində göstərib ki, martın 22-də qardaşı ilə mübahisə etdiyi üçün atasının evindən çıxaraq bir müddət bacısı ilə yaşayıb: 

"Aprel ayından 4-cü mikrorayonda, kirayə mənzildə qalırdım. Orda yaşadığım müddətdə Teymur bir dəfə ailəsini görməyə gəldi, həmin vaxt da aramızda mübahisə yarandığından o, paltarlarını yığıb getdi. İyunun 8-də Teymur zəng edərək, bazar ərazisində görüşməyi təklif etdi və qızım Mədinəni mənə təhvil verəcəyini söylədi. Mənzildən çıxıb həyətə düşdükdə ərim əlində bıçaqla üstümə gəldi və mənə çoxsaylı xəsarətlər yetirdi. Köməyimə gələn tanımadığım iki nəfər Teymuru tutaraq, əlavə zərbələr vurmasına mane oldular. Daha sonra Təcili Yardım maşını məni xəstəxanaya apardı".

Aygün Şıxkərimova qeyd edib ki, həyətdə olan şəxslər müdaxilə etməsəydilər, Teymur onu öldürə bilərdi. Onun Taleh adlı şəxslə sevgi münasibəti və ya cinsi əlaqəsi olmayıb. Talehi meyvə-tərəvəz dükanı işlədən şəxs kimi tanıyıb. Ondan 150 manat borca pul alıb, Taleh də bir-iki dəfə qapını döyərək, ondan borcunu istəyib.

Şahid Taleh Nəsirov ifadəsində göstərib ki, Sumqayıtın 45-ci məhəlləsində meyvə-tərəvəz satışı ilə məşğul olur:

"Aygün Şixkərimovanı 2020-ci ilin aprel ayından tanıyıram. Aygün məndən, ümumilikdə 100 manat məbləğində nisyə meyvə-tərəvəz alıb. Bir dəfə də yaxınlaşaraq, evin kirayəsini ödəmək üçün 50 manat borca pul aldı. Bundan bir həftə sonra qadının yaşadığı mənzilə getdim, borcumu istəyəndə Aygün pulu bir həftə ərzində qaytaracağını söz verdi. Hadisədən 15 gün əvvəl məhəllədə tanışlarımla dayanıb söhbət edərkən Teymur Şıxkərimov yaxınlaşıb Taleh adlı şəxsi axtardığını deyib. 

Teymur məndən arvadı Aygünlə əlaqəm olub-olmadığını soruşduqda, ona qadınla heç bir əlaqəm olmadığını bildirdim".

Şahid qeyd edib ki, Aygünün evində heç vaxt olmayıb.

Məhkəmə iclasında Teymur Şıxkərimov ittiham üzrə özünü qismən təqsirli bilib. Zərərçəkmiş Aygün Şixkərimova Aygün təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Şıxkərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 il 10 ay müddətinə azadlıqdan məhrum olunub.


Etiketlər:  Qayınatam dedi əxlaqsızlıq edir arvadına sahib çıx Rayondan gəlib arvadını ŞOK DETALLAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ