Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəncədə dəmir yolunun maşinisti keçmiş arvadını bıçaqlayıb qaçdı

Gəncədə dəmir yolunun maşinisti keçmiş arvadını bıçaqlayıb qaçdı

Tarix: 9 Oktyabr 2019 09:36

Bakı. Samir Əli - Trend:

Gəncədə maşinist keçmiş həyat yoldaşını bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə Gəncə şəhəri Bayan küçəsində baş verib.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Gəncə şəhər Lokomotiv Deposunun maşinisti, Gəncə şəhər, Bayan küçəsi, ev 27-də yaşayan, 1965-ci il təvəllüdlü Sirati Məhərrəm Həsən oğlu həmin ünvanda yaşayan keçmiş həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mustafayeva Natavan Satir qızına boyun nayihəsindən iki bıçaq zərbəsi endirib. M.Sirati hadisə yerindən qaçıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir.


Etiketlər:  Gəncədə dəmir yolunun maşinisti keçmiş arvadını bıçaqlayıb qaçdı


RƏYLƏR