Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

7 yaşlı uşağın timsahla mübarizəsi

7 yaşlı uşağın timsahla mübarizəsi

Tarix: 16 Dekabr 2022 06:32

Malayziyanın Kota-Kinabalu şəhərində bir uşaq ayağından dişləyən timsahı təpikləyib və həyatını xilas edib.

Sonxeber.net bildirir ki, bu barədə "Newsweek" məlumat yayıb.

Adı açıqlanmayan yeddi yaşlı uşaq su anbarının sahilindəki evdə yaşayıb. Hadisə o, ev heyvanını axtarmağa gedən zaman baş verib. Bu zaman onun əmisi oğlu suda timsah görüb və yaxınlıqda yırtıcı olduğunu qışqırıb. Uşaq təhlükəsiz yerə qaçmağa çalışsa da, sürünən onun sağ ayağından tuta bilib.

Uşaq timsahı sərbəst qalan ayağı ilə təpikləyib. Sürünən ağzını açıb, bundan sonra uşaq ayağını çıxararaq qaçıb.

Yırtıcının hücumu nəticəsində uşağın ayağındakı sümük əzilib, dərisində dərin kəsiklər qalıb. Zərərçəkmiş müalicə üçün yaxınlıqdakı xəstəxanaya aparılıb. Polis qeyd edib ki, son iki ildə bu bölgədə timsahların insanlara hücumlarının sayı artıb.

İrfan Vəliyev


Etiketlər:  yaşlı uşağın timsahla mübarizəsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ