Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Aftandilin xəstəlik xəbəri məni məhv etdi'' - Əməkdar artist - FOTO

“Aftandilin xəstəlik xəbəri məni məhv etdi'' - Əməkdar artist - FOTO

Tarix: 16 Dekabr 2022 13:30

"Qızım təzə-təzə bu sahəyə gəldi, bir neçə mahnı oxudu. Pis də alınmamışdı, səsi də gözəl idi. Sonra onu sənətdən uzaqlaşdırdım. Bu sənət çox ağırdır. Adı da ağırdır, özü də. Həm də mənim qızım onların içərisində baş çıxara bilməzdi. Ona dedim ki, şou-biznes sənlik deyil, burada akulalar var ki, səni udarlar. Lazım deyil, otur evdə, evinin xanımı ol. O qədər çətinliklər çəkmişik ki. Mən evimin xanımı ola bilmədim, heç olmasa qızım evinin xanımı olsun. Qadın da gecə vaxtı küçələrdə, məclislərdə olar?! Gecə vaxtı evə gələr?! Yenə də şükür Allaha, həmişə dua edirəm ki, sən mənə bu istedadı vermisən, ilahi. İndi bir az özümə gəlim, qızım üçün başqa bir iş tapacam".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.

"Nə danışıramsa hamısı gündəm olur. Çünki sözün düzünü deyirəm. Bir dəfə efirdə çıxıb dedim ki, kişi əli dolu gələndə qapını ayağı ilə də açar. Bu sözümü yozdular. Yəni demək istəyirəm ki, axı əlləri doludur, məcbur olub qapını ayağı ilə açmalıdır da. Bir ara şayə yaymışdılar ki, Gülbaharla aramız yoxdur. Vallah bunların hamısı ağ yalandır. O mən ola bilmərəm, mən də o. Hər kəsin öz yolu var. Efirlər nə gündədir. Açıb baxmaq olmur. O bunu söyür, bu onu söyür. Nə böyük bilirlər, nə də ki, kiçik. Deyim ki, pulsuzluqdan bir-birlərini qırırlar? Yox! Nəyi bölüşə bilmirsiz?! Kişi davasız edirsiniz?" deyə sənətkar bildirib.

Gövhər Rzayeva həmkarı, xalq artisti Aftandil İsrafilovdan da danışıb.

"Aftandilin xəstəlik xəbəri məni məhv etdi. O qədər pis olmuşam ki. Özü ilə də danışa bilmədim. Həyat yoldaşı Zemfira xanımla əlaqə saxladım, dedim ki, yanına gəlmək istəyirəm. Mənə dedi ki, yanına heç kimi buraxmırlar. Mən deyərdim ki, o qarmonun atasıdır. Sonuncu dəfə onunla Vüqar Əhmədin qızının toyunda görüşmüşdük. Mənim yanımda əyləşmişdi. Soruşdum ki, necəsən? Dedi ki, yaxşıyam. Heç vaxt səhhətindən gileylənməzdi. Bizim sənətimiz çətin sənətdir. Kimlərsə pul qazanmaq üçün maya qoyanda, biz canımızı qoyuruq. Allah Aftandilə şəfa versin" deyə sənətçi bildirib.

Milli.Az


Etiketlər:  Aftandilin xəstəlik xəbəri məni məhv etdi Əməkdar artist FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ