Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

35 il əvvəl ərini qətlə yetirən qadın həbs edildi

35 il əvvəl ərini qətlə yetirən qadın həbs edildi

Tarix: 16 Dekabr 2022 21:28

ABŞ-ın Pensilvaniya ştatından olan 76 yaşlı qadın ərini 35 il əvvəl öldürdüyünə görə həbs edilib.

Sonxeber.net bildirir ki, bu barədə "The Patriot-News" xəbər verib.

42 yaşlı Vyetnam müharibəsi veteranı Karl Carvis 1987-ci il avqustun 10-da Milerstaundakı evinin yataq otağında öldürülüb. Mərhumun həyat yoldaşı Cudit gecə yarısı polisə zəng vurub. Qadın operatora deyib ki, əri  "evdə əşyaları sındırdır", o isə qorxaraq evdən qaçıb . Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları çarpayı ilə divar arasındakı boşluqda kişi meyiti aşkar ediblər. O, yaxınlıqda olan tapança ilə başının arxasından güllə yarası alıb.

Hadisə zamanı evdə həyat yoldaşlarından başqa heç kimin olmamasına və Cuditin pijamasında qan ləkəsi tapılmasına baxmayaraq, o, qətldə ittiham olunmayıb. Qadın pijamasındakı qanı axşam saatlarında qazın dişləməsi ilə izah edib.

2019-cu ildə polis məmurları Kayl Tobin və Trişa Kempbell işin yenidən araşdırılmasına başlayıblar. Onlar mərhumun saçının qorunub saxlanmış telindən DNT-sini əldə edə biliblər. Bu nümunə Cudit Carvisin pijamasında tapılan qanla uyğun gəlib.

Çərşənbə axşamı, dekabrın 13-də yaşlı qadın ərini öldürməkdə ittiham edilərək həbs edilib və hazırda dəmir barmaqlıqlar arxasındadır. Onun zaminə buraxılması rədd edilib.

İrfan Vəliyev


Etiketlər:  əvvəl ərini qətlə yetirən qadın həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ