Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Metanol tərkibli alkoqoldan kütləvi zəhərlənmə - 30-dan çox insan öldü

Metanol tərkibli alkoqoldan kütləvi zəhərlənmə - 30-dan çox insan öldü

Tarix: 16 Dekabr 2022 22:30

Hindistanda spirtli içki qəbul edən onlarla insan ölüb, daha bir neçəsi isə xəstəxanaya yerləşdirilib.

Sonxeber.net "Daily Mail"ə istinadən xəbər verir ki, ekspertlər spirtli içkilərin tərkibində zəhərli maddələr olduğunu bildirib.

Ölüm halları əsasən Hindistanın şərqindəki Bihar əyalətində içki satışı və istehlakının qadağan edildiyi iki yoxsul kənddə baş verib. Qeyd edək ki, qadağa Hindistanın digər ştatlarında da qüvvədədir. Buna görə də kifayət qədər ucuz, lakin keyfiyyətsiz spirt bazarı "çiçəklənir". Yeraltı müəssisələr aşağı dərəcəli surroqat istehsal edir və hər il ondan yüzlərlə insan ölür.

Sonuncu hadisə isə dekabrın 13-də baş verib. Saran əyalətində insanların qəfil qusmağa başlaması və pisləşməsindən sonra xəstəxanaya aparılıb. Yolda 3 nəfər, sonrakı iki gündə isə daha 28 nəfər xəstəxanada dünyasını dəyişib. Bununla da alkoqoldan zəhərlənənlərin ümumi sayı 31 nəfərə çatıb. Ştat hakimiyyəti zəhərlənmə qurbanlarının sayının arta biləcəyini istisna etməyib.

Hadisə ilə bağlı polis kustar üsulla spirtli içki istehsal edənlərə qarşı reyd təşkil edib. Polisin bildirdiyinə görə, hadisədən sonra 48 saat ərzində 126 nəfəri həbs edilib, bir neçə nəfər saxlanılıb.

Kəşmir Mediasının məlumatında Hindistan Beynəlxalq Spirtli İçkilər və Şərablar Assosiasiyasının ölkədə hər il istehlak edilən təxminən beş milyard litr spirtin təxminən 40%-i qeyri-qanuni istehsal olunduğu qeyd olunub. Daha təsirli olması üçün metanol qeyri-qanuni spirtli içkilərə əlavə edilir. Qeyd edək ki, metanol qəbulu korluq, qaraciyərin zədələnməsi və ölümlə nəticələnə bilər.

Ölkə hakimiyyəti uzun müddətdir alkoqolizmlə mübarizə aparmağa çalışır. Son onilliklər ərzində sərxoşluq fonunda Hindistanda ciddi problemə çevrilən cinayətlərin, o cümlədən cinsi təcavüzlərin sayı artıb. Yeri gəlmişkən, Hindistan təcavüz sayına görə dünyada ilk yerdədir. Burada orta hesabla, hər 20 dəqiqədə 1-2 zorlanma faktı düşür.

1990-cı illərə qədər ölkədə sərxoşluq nadir hallarda baş verirdi, lakin bu illərdən etibarən alkoqol istehlakı, xüsusən də aşağı kastalar arasında sürətlə artmağa başlayıb. 1992-ci ildən 2012-ci ilə qədər ölkədə spirt istehlakı 55% artıb.

Hindistan hakimiyyəti uzun müddət alkoqoldan sui-istifadə ilə mübarizə aparmağa çalışsa da, heç bir nəticəsi olmayıb. Bihar kimi bəzi ştatlarda qadın qrupları cüzi gəlirlərini içkiyə xərcləyən yoxsul işçilərin müdafiəsinə qalxdıqdan sonra 2016-cı ildən bəri içki satışı və istehlakı tamamilə qadağan edilib.

Bu arada, qadağalar fonunda qeyri-qanuni alkoqol istehsalı Hindistanda çox gəlirli bir sənayeyə çevrilib, burada "moonshineers" adlanan "tacirlər" heç bir vergi ödəmir və böyük miqdarda məhsulları aşağı qiymətə yoxsullara satır.

Meymunları da alkoqolikdir

Xatırladaq ki, Hindistanın Uttar-Pradeş ştatında yerli sakinlər spirtli içkilərə aludə olan, tez-tez içki şüşələrini oğurlayan meymun da müşahidə ediblər. Alimlərin fikrincə, meymunlarda da uzunmüddətli alkoqol asılılığı yarana bilir.


Etiketlər:  Metanol tərkibli alkoqoldan kütləvi zəhərlənmə çox insan öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ