Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2022 23:18
Rusiyanın Ukraynaya hücumu İkinci Dünya Müharibəsindən sonra Avropanın üzləşdiyi ən ağır təhlükəsizlik böhranıdır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu NATO Baş katibi Yens Stoltenberq "France24"ə müsahibəsində deyib.
"Bu təhlükəsizlik üçün mühüm andır, dönüm nöqtəsidir", - deyə o qeyd edib.
Stoltenberq son vaxtlar Putindən gələn nüvə təhdidlərinin azaldığını qeyd etsə də Alyansın sayıq davrandığını və vəziyyəti daim nəzarətdə saxlayacağını deyib.
"Nüvə silahının ritorikası ehtiyatsızlıqdır, təhlükəlidir. Onun məqsədi, əlbəttə ki, bizi Ukraynanı dəstəkləməkdən çəkindirməkdir, lakin o, buna nail olmayacaq", - deyə Stoltenberq vurğulayıb.