Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Riçarlisonun tatusu Neymarı qəzəbləndirdi

Riçarlisonun tatusu Neymarı qəzəbləndirdi

Tarix: 17 Dekabr 2022 00:00

Riçarlisonun kürəyinə döydürmək istədiyi tatu qalmaqala səbəb olub. "Tottenhem"in oyunçusunun seçimi Neymarı qəzəbləndirib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Braziliya millisinin üzvü komandanın Dünya Çempionatında mübarizəni dayandırmasının ardından kürəyinə tatu döydürmək istəyir, ilkin variantın fotosunu paylaşıb. Orada futbolçu Braziliya bayrağı ilə yanaşı, özünü, Ronaldo Nazarionu və Neymarı təsvir etdirib. Mundialda vurduğu 3 qolun şərəfinə o, buna ehtiyac duyub.

Riçarlison hələ bitməmiş sənət əsərinin fotosunu paylaşıb və ilk olaraq Neymarın etirazı ilə üzləşib. Kapitan öncə yerli federasiyadan komanda yoldaşının cəzalandırılmasını istəyib, daha sonra futbolçuya 30 min avro göndərərək üzünün tatudan çıxarılmasını tələb edib.

Milli.Az


Etiketlər:  Riçarlisonun tatusu Neymarı qəzəbləndirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ