Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 08:04
Karate üzrə beşqat dünya və onbirqat dünya çempionu Rafael Ağayevin "Karate Kombat"da rəqibi olan Reymond Daniels mətbuat konfransında ayaqlarını qaldıraraq masanın üzərinə qoyub.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, o bununla yeni doğulmuş qızının şəklini corabında gəzdirdiyini nümayiş etdirməyə çalışıb.
Qeyd edək ki, amerikalı Reymond Daniels Rafael Ağayevdən 5 yaş böyükdür. O, 2017-ci ildə "Bellator"un kikboksinq yarışlarının yarımağır çəkidə çempionu olub. O, peşəkar kikboksinqdə 35 qələbə qazanıb, 3 məğlubiyyət alıb. Son illər gücünü MMA-da da sınamış Daniels burada 3 qələbə qazanıb, 1 dəfə məğlu olub.
Xatırladaq ki, tərəflər yarımağır çəkidə kəmər döyüşünə dekabrın 17-də çıxacaq. ABŞ-da keçiriləcək döyüş gecəsi Bakı vaxtı ilə saat 10:00-dan etibarən başlayacaq.