Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı gənc qadın Türkiyədə faciəvi şəkildə HƏLAK OLDU - FOTO

Azərbaycanlı gənc qadın Türkiyədə faciəvi şəkildə HƏLAK OLDU - FOTO

Tarix: 17 Dekabr 2022 19:08

Türkiyənin İğdır şəhərində binanın 4-cü mərtəbəsindən yıxılan 22 yaşlı azərbaycanlı Səbinə Sadıqova həlak olub.

Hadisə dünən axşam saatlarında, şəhərin Rıza Yalçın küçəsində yerləşən binada baş verib.

Azərbaycanlı Səbinə Sadıqova naməlum səbəbdən binanın 4-cü mərtəbəsindən beton döşəməyə yıxılıb.

Hadisə yerinə polis və tibb işçiləri gəlib. Meyit müayinə olunmaq üçün İğdır Dövlət Xəstəxanası morquna aparılıb.

Polis hadisənin təfərrüatlarını araşdırmalar davam etdirilir. Azərbaycanlı gənc qızın ölümündə şübhələr olduğu bildirilir. Belə ki, ətrafdakılar qadının yaşadığı binada qışqıraraq yıxıldığını iddia ediblər.

Qadının əvvəlki evliliyindən bir oğlu olduğu var.


Etiketlər:  Azərbaycanlı gənc qadın Türkiyədə faciəvi şəkildə HƏLAK OLDU FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ