Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2022 21:18
Almaniyanın Drezden şəhərindəki Mavi Qübbə Muzeyindən 2019-cu ildə oğurlanan briliantların bir qismi tapılıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, polis oğurluqda şübhəli bilinən 6 nəfəri saxlayıb. Onların evlərindən 31 ədəd brilyantlarla bəzədilmiş muzey eksponatı müsadirə edilib. Şübhəlilər muzeyə şüşəni sındıraraq girdiklərini etiraf ediblər.
Qeyd edək ki, 2019-cu ildə Drezden şəhərindəki Mavi Qübbə Muzeyindən (Grünes Gewölbe) 4300 ədəd briliantla bəzədilmiş 21 nadir eksponat oğurlanıb. Oğurlanan inventarın dəyəri təxminən 114 milyon avrodur. Nadir eksponatların əksər hissəsi tapılmayıb.