Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2022 17:32
DÇ-2022-nin bürünc medalları uğrunda mübarizədən - Xorvatiya və Mərakeş milliləri arasında keçirilən qarşılaşmadan sonra ciddi insident yaşanıb.
Sonxeber.net Fanat.Az-a istinadən xəbər verir ki, xorvatların 2:1 hesablı qələbəsi ilə bitən görüşün ardından mərakeşli futbolçular referiyə yaxınlaşaraq ona etrazlarını çatdırıblar.
Lakin iş bununla bitməyib. Şimali Afrika təmsilçisinin cinah müdafiəçisi Əşrəf Hakimi stadionda olan FİFA başqanı Canni İnfantinonu tərəfkeşlikdə ittiham etməyə də imkan tapıb.
Belə ki, Hakimi mükafatlandırma mərasimindən öncə İnafantinonu taparaq ona yüksək tonla FİFA-nın Mərakeşin medal qazanmasını istəmədiyini deyib. Əşrəf qurum başqanına həm 3-cü yer uğrunda oyuna, həm də Fransa ilə yarımfinal görüşünə (0:2) təyin olunan hakimlərlə bağlı narazılığını da çatdırıb. Müdafiəçi ədalət təmsilçilərinin obyektiv görünmədiklərini, hər iki qarşılaşmada Mərakeşi "sıxdıqlarını" söyləyib.
İnfantino Xorvatiyanın qapısına ikinci yarıda penalti təyin edilməli olduğunu da xüsusi şəkildə qabardan futbolçunun iradlarına sakit reaksiya verib.