Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2022 22:16
Kanadada rusiyalı oliqarx Roman Abramoviçin həbsi və aktivlərinin müsadirəsi prosesinə start verilib.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Kanadanın xarici işlər naziri Melani Coli məlumat yayıb.
O qeyd edib ki, bu gün Ottavadakı Roman Abramoviçə məxsus "Granite Capital Holdings Ltd" şirkətindən 26 milyon dollar müsadirə olunacaq.
Bildirilib ki, Kanada hökuməti aktivlərin ölkənin xeyrinə müsadirə edilməsi üçün məhkəməyə müraciət edə biləcək.